AZ

YPG Əhməd əş-Şaranın prezidentliyini TANIMADI

PKK terror qruplaşmasının Suriyadakı qolu olan YPG müvəqqəti Prezident Əhməd əş-Şaranın hakimiyyətini tanımadığını bəyan edib. 

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı terror qruplaşması bəyanat yayıb. 

Sözügedən bəyanatda “Suriyadakı avtoritar rejim” ifadəsi yer alıb  və üstüörtülü şəkildə Əhməd əş-Şaranın prezidentliyini tanımadıqlarını göstərilib. YPG Suriyada mərkəzi rejimin qurulmasının tərəfdarı olduğunu açıqlayıb. 

Xatırladaq ki, Əhməd əş-Şara 29 yanvarda keçid dönəmində özünün müvəqqəti Suriya Prezidenti olacağını elan edib. 

O, 2012-ci ildə qəbul olunan konstitusiyanı ləğv edib, parlamenti, eləcə də Əsəd rejiminə bağlı ordunu və təhlükəsizlik qüvvələrini buraxıb. 

Seçilən
39
cebheinfo.az

1Mənbələr