AZ

Aqil Abbas: "Televiziyalarda arvadların boğuşması və həkimlərin reklamı daha çox yayımlanır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Televiziyalarda bu gün arvadların boğuşması və həkimlərin reklamı daha çox yayımlanır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O deyib ki, buna əncam çəkmək lazımdır:
"Düzdür, bu, televiziyalara zərər vuracaq, çünki onlar bu gün iki məsələdən daha çox qazanırlar. Amma "Reklam haqqında" qanuna dəyişiklik edilməlidir ki, bu məsələ həll edilsin".
Milli Məclisin spikeri Sahibə Qafarova onun fikirlərinə isə irad tutub və bildirib ki, "arvad boğuşması" parlament ifadəsi deyil.
Mərahim Nəsib
Seçilən
41
6
oxu.az

7Mənbələr