AZ

İkitərəfli beynəlxalq yük daşımalarında Azərbaycan daşıyıcılarının bazar payı açıqlanıb

Bakı. Trend:

Milli daşıyıcıların ikitərəfli beynəlxalq yük daşımalarıbazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədərəqabətdə daha dayanıqlı olmaları təmin edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumatagörə, ötən il ikitərəfli yük daşımalarında Azərbaycandaşıyıcılarının bazar payı 49% təşkil edib.

“Eyni zamanda Azərbaycan daşıyıcıları ölkəmizin ərazisindəntranzit daşımalar da həyata keçirirlər. Son 5 ilə nəzər salsaq,2020-ci ildə milli daşıyıcıların ölkəmizin ərazisindən tranzitdaşıma sayı 7 849 idisə, 2024-cü ildə bu rəqəm 41 038 olub. Buradada 5 dəfədən çox artımı görürük. Bu növ daşımalar həm də millidaşıyıcıların həyata keçirdiyi 3-cü ölkə daşımalarıdır ki, ölkəmizəvalyuta gətirilməsi baxımıdan xüsusi əhəmiyyət daşıyır”, -məlumatda bildirilib.

Qeyd olunub ki, 2023-cü il illə müqayisədə 2024-cü ildəbeynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 1066 ədəd artaraq 13 790 olub.

Seçilən
9
az.trend.az

1Mənbələr