AZ

Azərbaycanda müasir avtobusların sayı məlum olub

Bakı. Trend:

Azərbaycanda müasir avtobusların sayı 2160-a çatıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumatagörə, Bakıda ictimai nəqliyyat parkı sürətlə yenilənir.

"Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160sıfır emissiyalı elektrik avtobusu paytaxtın müxtəlifmarşrutlarında uğurla işləyir, özəl şirkətlər isə elektrik enerjisivə sıxılmış qazla işləyən daha 85 ekoloji təmiz avtobus alıblar.Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilibvə müasir avtobusların sayı 2160-a çatıb", - məlumatda deyilir.

Vurğulanıb ki, yeni avtobuslar nağdsız ödəniş üçünvalidatorlarla təchiz edilir. Bu da xidmətlərinrəqəmsallaşdırılması prosesini sürətləndirir.

Qeyd olunub ki, 2024-cü ilin yekunlarına görə, bu ödənişformasının payı 77,5% təşkil edib.

Seçilən
6
2
az.trend.az

3Mənbələr