AZ

“Mübadilə” mövzusu danışıqları 2-li formata gətirməkçün idi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov

ABŞ Dövlət Departamentinin sənədlərinin dərci həm Azərbaycanda, həm də Ermənistanda ictimai maraq doğurub.

Təəssüflər olsun ki, əvvəllər R.Köçəryanın kitabında olduğu kimi, indi də müəlliflərimizin fikirləri o sitatlar və bizim mövqeyimizdən deyil, sızanların müəllifləri üçün faydalı olan məqamlar üzərində qurulub...

Bu və ya digər təfsirdə ərazilərin “mübadiləsi” mövzusu ön plana çəkilir.

Həmin hadisələrin iştirakçısı kimi nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan tərəfi “mübadilə” mövzusunun müzakirəsindən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə edib və R.Köçəryanın 1998-ci ilin aprelində buna razılıq verib. 

Məhz bundan sonra münaqişə reallığa tam uyğun gələn təsnifat aldı - dövlətlərarası ərazi münaqişəsi. Sonradan bu müzakirə və danışıqlar vasitəçi və erməni tərəfinin sırıdıqları “Dağlıq Qarabağın statusu” və erməni separatizmi mövzusunu əsas problemlərdən çıxarmağa imkan verdi.

Əvvəlcə münaqişə tərəfi, sonra isə “ikinci erməni dövləti” etmək istədikləri İrəvanın marionetləri ilə bağlı Bakıda keçirilən məhkəmə prosesi bu hekayəyə son qoyacaq.

Prezident Heydər Əliyevin əsas məqsədi, bizim boynumuza qoyulmuş münaqişənin “ssenarisini” dəyişdirmək idi.Məhz bunun sayəsində bu gün bizim mövqeyimiz imkan verir ki, “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə mahalı”, “güzgüləmə” və s. kimi mövzuları gündəmə gətirək.

Seçilən
18
anspress.com

1Mənbələr