AZ

"Dinamo Kiyev" "Zirə"nin hücumçusunu transfer edir? - AÇIQLAMA

Ukrayna mətbuatında "Dinamo Kiyev" klubunun "Zirə"nin qvineyalı hücumçusu Salifu Sumanı transfer etmək istədiyi yazılıb.

"Zirə" klubunun qvineyalı hücumçusu Salimu Sufa bir çox Avropa klublarının maraq dairəsinə düşüb. Ukrayna mətbuatında yazılan xəbərlərə görə "Dinamo Kiyev" Salifu Suma üçün "Zirə"yə rəsmi təklif göndərib.

"Zirə" klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə "Operativ Media"ya açıqlamasında xəbəri təkzib edib.

"Salifu Suma son vaxtlar yaxşı formadadır. Onunla maraqlananların olması normaldır. Amma "Dinamo Kiyev"dən rəsmi təklif almamışıq".

Qeyd edək ki, Salimu Sufa bu mövsüm Azərbaycan Premyer Liqasında 19 oyuna çıxıb, 7 qol vurub, 4 assist edib.

Seçilən
21
operativmedia.az

1Mənbələr