AZ

Tramp bu ölkənin maliyyələşməsini dayandırdı

Bakı.Trend:

Cənubi Afrika Respublikasında iddia olunan insan haqlarıpozuntuları ilə bağlı araşdırmalar keçirilənə qədər ABŞ bu ölkəyəistənilən maliyyələşməni dayandıracaq.

Trend xəbər verirki, bunu ABŞ-nin prezidenti Donald Tramp “Truth Social” sosialşəbəkə hesabında bildirib.

O, qeyd edib ki, CAR torpaqları müsadirə edir və əhalininmüəyyən siniflərinə qarşı çox pis davranır.

Onun sözlərinə görə, Cənubi Afrikada insan haqları pozuntusukütləvi hal alıb və hamının gözü önündə baş verir.

“ABŞ buna dözəsi deyil. Mən bu vəziyyətin tam araşdırılması başaçatana qədər Cənubi Afrika Respublikasının istənilənmaliyyələşməsini dayandırıram”, - deyə Ağ Ev rəhbəri bildirib.

Məqalədə:
Seçilən
17
4
az.trend.az

5Mənbələr