AZ

Daha bir təyyarədə YANĞIN oldu: Sərnişinlər təxliyə edildi – VİDEO

ABŞ-ın Texas ştatının Hyuston şəhərindən Nyu-Yorka uçan "United Airlines" təyyarəsinin mühərriki havaya qalxmazdan əvvəl yanıb. 

Bizim.Media xəbər verir ki, təyyarədə 104 sərnişin və 5 ekipaj üzvü olub. Nəticədə reys ləğv edilib və sərnişinlər təxliyə edilib. Ölən və yaralananlar olmayıb. 

Sərnişinlər təyyarənin qanadından tüstü və alovun çıxdığını əks etdirən video çəkiblər. 

Xatırladaq ki, ötən həftə Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Nəticədə 67 nəfər ölüb. 



Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr