AZ

Cəzaçəkmə müəssisələrindəki şagirdlərin qəbul imtahanları ilə bağlı mexanizm hazırlanmalıdır

Penitensiar müəssisələrdə saxlanılan yetkinlik yaşına çatmayanların qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi zəruridir.

AzEdu.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Aparatdan həmçinin bildirilib ki, Ombudsman hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların cəmiyyətə inteqrasiyasında təhsilin roluna xüsusi diqqət yetirilməsini vacib hesab edir.

Seçilən
29
azedu.az

1Mənbələr