AZ

Suriyanın yeni lideri Əhməd Şara Türkiyəyə səfər edəcək

Suriyanın keçid dövrüPrezidenti Əhməd Şara fevralın 4-də Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

"Suriyanın yeni lideri Əhməd Şara prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4 fevralda Ankaraya səfər edəcək. Səfər zamanı Suriyada baş verən hadisələr, iqtisadiyyatın bərpası, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək", – F. Altun “X” platformasında yazıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
9
teleqraf.com

1Mənbələr