AZ

Mask USAID-in ləğv prosesinin başladığını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvinə razılıq verib.   Manset.az xəbər verir ki, bu barədə biznesmen İlon Mask X sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, artıq təşkilatın bağlanması prosesi başlayıb. "USAİD-in əməkdaşlarına hörmətlə yanaşaraq, mən bunu Donald Trampla ətraflı müzakirə etdim və o, razılaşdı ki, biz agentliyi bağlamalıyıq. Mən ondan bir neçə dəfə bu barədə soruşdum”, - Mask bildirib.

Daha əvvəl iş adamı USAID-in ölməli olan cinayətkar təşkilat olduğunu bildirib. Başqa bir nəşrdə o, agentliyi “radikal sol marksistlərin ilan yuvası” adlandırıb. Mask onların Amerikaya nifrət etdiklərinə əmin olduğunu bildirib.

Seçilən
17
manset.az

1Mənbələr