AZ

Azərbaycan neftinin həftəlik qiyməti (İCMAL)

Bakı. Trend:

Ötən həftə neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.

Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə iləmüqayisədə 2,78 dollar (3,4%) azalaraq 79,04 dollar/barel təşkiledib. Bu dövr ərzində maksimum qiymət 79,48 dollar/barel, minimumisə 78,52 dollar/barel təşkil edib.

Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 77,87 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,7 dollarvə ya 3,3% azdır. Maksimal qiymət 78,31 dollar/barel, minimum isə77,33 dollar/barel təşkil edib.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə2,92 dollar (4,4%) azalaraq 63,87 dollar/barel təşkil edib. URALSneftinin maksimal qiyməti 64,47 dollar/barel, minimum isə 63,25dollar/barel təşkil edib.

Dated Brent markalı neftin orta qiyməti 2,09 dollar (2,6%)ucuzlaşaraq 77,59 dollar/barelə bərabər olub. Dated Brent neftininmaksimal qiyməti 77,91 dollar/barel, minimum isə 77,05 dollar/bareltəşkil edib.

Neftin növü / tarix

27.01.2025

28.01.2025

29.01.2025

30.01.2025

31.01.2025

Orta qiymət

Azeri LT CIF

$79,48

$79,14

$79,22

$78,84

$78,52

$79,04

Azeri Light FOB Ceyhan

$78,31

$77,99

$78,06

$77,66

$77,33

$77,87

Urals (EX NOVO)

$64,47

$63,92

$64,01

$63,69

$63,25

$63,87

Dated Brent

$77,91

$77,71

$77,83

$77,48

$77,05

$77,59

Seçilən
6
az.trend.az

1Mənbələr