Uşaqların yalan danışması valideynləri narahat edən əsas mövzulardan biridir. Bəzən bu sadəcə təsəvvür dünyalarlnın genişliyindən irəli gəlir, bəzən isə cəzadan qaçmaq, diqqət çəkmək və ya özlərni müdafiə etmək üçün edilir.
Bəs bu hallarda valideynlər necə davranmalıdırlar?
Psixoloqların sözlərinə görə, əsasən, 5-8 yaşlı uşaqların valideynləri bu problemlə müraciət edirlər. Həmin yaşda uşaqlar yalan və illuziya arasındakı incə fərqi ayırd etməyə bilərlər. 8 yaşdan sonrakı mərhələdə isə uşağın yalan danışma sıxlığını müşahidə etmək lazımdır.
Daha ətraflı videoda: