Kabildə BMT-nin Əfqanıstana Yardım Missiyası kompleksində baş verən atışmada Taliban hərəkatının üzvləri iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) bəyanatına istinadla məlumat yayıb.
BMT-nin Əfqanıstandakı Yardım Missiyasının yerləşdiyi binada baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb. BMT ofisinin verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırma başlayıb.