Kredit götürmüş vətəndaş bəzi hallarda səhhəti, yəni fəaliyyət qabiliyyətini itirməsi, iş şəraiti (uzunmüddətli ezamiyyət və .) və gəlirinin azalması ilə əlaqədar ödənişləri vaxtı-vaxtında icra edə bilmir. Belə hallarda kredit öhdəliyinin 3-cü şəxsə ötürülməsi zərurəti meydana çıxır. Qanunvericiklə bu mümkündürmü?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, Mülki Məcəllə buna imkan verir:
“Hüquqi baxımdan bu mümkündür və buna Mülki Məcəllə də imkan verir. Eyni zamanda, müəyyən şərtlər daxilində bank qanunvericiliyi də buna imkan yaradır. İstənilən öhdəlik, əgər şəxsi deyilsə, 3-cü şəxsə ötürülə bilər. Əgər öhdəlik ifrat dərəcədə şəxsi öhdəlik daşıyırsa, (rəsmlərin çəkilməsi, heykəllərin hazırlanması və s.) bunların 3-cü şəxslərə ötürülməsinə yol verilmir.
Amma maliyyə xarakterli öhdəliklər tələbkarın, yəni kreditorun razılığı ilə 3-cü şəxsə ötürülə bilər. Bank kreditlərində bir məsələ var ki, kredit öhdəliyi ötürülən şəxs ilkin kredit götürənin şərtlərinə cavab verməlidir. Yəni aylıq qazancı və digər maliyyə göstəriciləri onu əvəz edəcək şəxsin gəlirləri ilə üst-üstə düşsün”.
Nazim Hacıyev
Telegram kanalımız