AZ

Moskvada partlayış: Görün bomba hara yerləşdirilib

Fevralın 3-də səhər Moskvanın şimal-qərbindəki “Alye Parusa” elit yaşayış kompleksində partlayış baş verib. İlkin məlumatlara görə, Aviatsionnaya küçəsindəki 77 saylı evdə əldəqayırma partlayıcı qurğu və ya qumbara partlayıb.

Publika.az “İzvestiya Telegram” kanalına istinadıən xəbər verir ki, yaşayış kompleksində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Bildirilir ki, qurbanlar binanın sakinləridir. Baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Ehtimal olunur ki, bomba tavanın altına yerləşdirilə bilərdi. Hadisə bir qadın dəhlizdən çıxışa doğru gedərkən baş verib. Partlayış dalğası birinci mərtəbədəki evin dəhlizindəki tavanı zədələyib.

Müstəntiqlər yaşayış kompleksində baş verən partlayışla bağlı cinayət işi açıb.

Adəm

Seçilən
28
publika.az

1Mənbələr