AZ

“Astara” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Bakı. Trend:

“Astara” modul tipli elektrik stansiyasında (ES) istismaraverildiyi tarixdən bu günədək 5,1 mlrd. kVt·st elektrik enerjisiistehsal edilib.

Bu barədə Trend Energetika Nazirliyindən məlumat əldə edib.

Xatırladaq ki, 19 il əvvəl - 2006-cı il fevralın 3-də Astararayonunun Ərcivan kəndində ümumi gücü 87 MVt olan “Astara” modultipli elektrik stansiyası istismara verilib.

Ötən il respublikada elektrik enerjisinin istehsalı 28 394,1mln. kVt·st olub. Dövr ərzində elektrik enerjisi istehsalıİES-lərdə 24 543,2 mln. kVt·st, SES-lərdə 3 011,0 mln. kVt·st,digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib. Bu dövrdəkülək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrikstansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət TullantılarınınYandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisiistehsal edilib.

Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrəelektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln.kVt·st artaraq 3 850,9 mln. kVt·st təşkil edib.

Seçilən
10
az.trend.az

1Mənbələr