AZ

Nazirliyin idarəsi yarım milyonluq nəqliyyat vasitəsi alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi “Azərmaş Park” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Valyuta.az xəbər verir ki, şirkət qurumun yük avtomobili və sərnişin avtobusu nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 466 000 manatdır. Qurum bu məbləğə 5 ədəd yük avtomobili, 5 ədəd isə mikroavtobus almağı planlaşdırır.

Hüseyn

Seçilən
13
valyuta.az

1Mənbələr