AZ

Qvardiola hələ belə vəziyyətə düşməmişdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola antirekorda imza atıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin çalışdırdığı komanda ilk dəfə mövsümdə 4 matçda ən azı 4 qol buraxıb.

Pepin antirekordu İngiltərə Premyer Liqasının XXIV turu çərçivəsində dünən "Arsenal"la 1:5 hesabıyla uduzduqları qarşılaşmada qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl "Bayern Münhen" və "Barselona"nın "sükanı arxası"nda olmuş Qvardiolanın rəhbərlik etdiyi MS cari mövsüm PSJ (2:4), "Tottenhem" (0:4) və "Sportinq" (1:4) ilə duellerdə də 4 qola üzülüb.

Seçilən
1
fanat.az

1Mənbələr