Bakı.Trend:
Suriya prezidenti vəzifələrini icra edən Əhməd Əş-Şara fevralın4-də Türkiyəyə rəsmi səfər edəcək.
Trend türkKİV-lərinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentadministrasiyasının kommunikasiyalar üzrə idarəsinin rəhbəriFəxrəddin Altun bəyan edib.
“Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şara bizim prezidentTayyip Ərdoğanın dəvəti ilə çərşənbə axşamı, fevralın 4-də Ankarayasəfər edəcək. Danışıqlar zamanı bütün aspektlərdə Suriyada başvermiş son hadisələr müzakirə olunacaq və Suriya iqtisadiyyatınınbərpası, dayanıqlı sabitliyin və təhlükəsizliyin təmin olunmasıüçün iki ölkənin birgə addımlarının qiymətləndirilməsiaparılacaq”,- Altun öz “X” səhifəsində yazıb.