AZ

"Spartak"ın azərbaycanlı məşqçisi: "Azərbaycan futbolunda belə şey görməmişəm" - MÜSAHİBƏ

Rusiyanın "Spartak" (Moskva) klubunun akademiyasında məşqçi kimi çalışan Ramin Əsədovun Sportlife.az-a müsahibəsi

- Sizi klubda necə qarşıladılar?

- Komandada çox gözəl ab-hava var idi. Məni əla qarşıladılar. Uyğunlaşmağım çox zaman almadı. Yüksək səviyyəli mütəxəssislərlə çalışmaq çox xoşdur.

- Moskva klubunda ən bəyəndiyiniz məqamlar hansılar oldu?

- Akademiya məşqçiləri, koordinatorlar, inzibatçılar hamısı çox peşəkar, işə məsuliyyətlə yanaşan şəxslərdir. Məşqçilərə dəyər verdikləri hiss olunur. Bu məni çox sevindirdi.

- Yerli, yoxsa xarici klubda işləmək daha asandır?

- Fərqlər çoxdur. Burada həftədə bir dəfə test sistemi ilə imtahan olur. Ayda iki dəfə metodik dərslər keçirilir. Hər çıxdığın oyuna görə də pul verilir. Azərbaycan futbolunda belə bir şey görməmişəm.

- Sizcə, yerli klubların məşq sistemində hansı dəyişikliklər olmalıdır?

- Əgər biz də xarici klublar kimi inkişaf etmək istəyiriksə, çoxlu dəyişikliklər lazımdır. Məşqçilər ayda 1 və ya 2 dəfə testdən keçməlidir. İşlərində daha da peşəkarlaşmaq üçün dərslər almalıdılar.

- Gələcəkdə böyüklərlə çalışmaq istərdinizmi?

- Niyə də olmasın?! Özümü inkişaf etdirirəm və hazırda bunun üçün çox yaxşı yerdə olduğuma inanıram. "Spartak"dan öyrənəcəyim çox şey var.

- Gələcək hədəfləriniz nələrdir?

- Gələcək hədəflərim çoxdur. Daha da yaxşı nəticələr qazanmaq üçün öz üzərimdə işləyəcəyəm. Burada məşqçiyə çox dəyər verilir və məncə, bu, bir mütəxəssis üçün ən önəmli amillərdən biridir.

İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr