Olaylar.az "unian"a istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya mətbuatında yayılan bu xəbəri təsdiqləyib:
"Bu, Rusiyanın aparıcı energetika obyektlərindən biridir. Həmin müəssisə qaz kondensatının emalı, eləcə də dizel yanacağı və digər məhsullar istehsal edir" - deyə, A. Kovalenko qeyd edib.
Onun sözlərinə görə, energetika sektoru müdafiə sahəsinin maliyyələşdirilməsinin əsas mənbəyi olduğundan zavod Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə bilavasitə təsir göstərir./APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31