AZ

Elm adamları Günəşdə güclü partlayışların baş verdiyini bildirir – ÖZƏL

Fevralın 3-də Günəşdə yeddi güclü partlayış baş verib. 

Olaylar.az xəbər verir ki, bu barədə TASS İnstitutunun Tətbiqi Geofizika İnstitutundan aldığı məlumata istinadən xəbər yayıb.

Məlumata görə, ən güclü partlayış 07:00-da qeydə alınıb və təxminən 12 dəqiqə davam edib.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun məlumatına əsasən, partlayış aktivliyinin indeksi 10 ballıq şkala üzrə 8,7-ə çatıb. Elm adamları növbəti iki gün ərzində X sinfinə aid daha güclü partlayışların baş verə biləcəyini proqnozlaşdırırlar.

Tədqiqatçılar Günəşin aktivliyində qlobal artım tendensiyasının müşahidə olunduğunu bildirirlər. Fevralın 2-də ulduzun görünməyən tərəfində güclü partlayışlar qeydə alınıb, bu gecə isə daha bir partlayış baş verib. Aktiv günəş ləkələri artıq mərkəzi meridianı keçib, bu da onların Yer üçün təhlükəsini artırır.

Astrofizika üzrə mütəxəssis Sergey Boqaçov hesab edir ki, 2025-ci ilin yayında Günəş aktivliyi maksimum səviyyəyə çatacaq. Onun fikrincə, bu proses Yer kürəsi üçün gözlənilməz nəticələr doğura bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr