Hazırda icarə qaydasında Almaniyanın 2-ci bundesliqa klubu "Nürnberq"də oynayan Stefanos Tsimas İngiltərə Premyer Liqasında çıxış edəcək.
QOL.az xəbər verir ki, bu barədə "Nürnberq"in yaydığı açıqlamada bildirib. Müqavilə ilə PAOK klubuna məxsus olan 19 yaşlı yunan hücumçu 2025-ci ilin iyunundan "Brayton"a qoşulacaq.
İngilis klubu futbolçunu satın alma hüququnu saxlamaqla icarəyə götürüb.
Tsimas "Nürnberq"ı icarə qaydasında 2024-cü ilin iyununda keçib. O, bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 10 qol vurub. Bu nəticə ilə hazırda komandasının bombardiridir.
Xatırladaq ki, "Nürnberq"də Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.