AZ

Qəzzada ölənlərin sayı 61 min nəfəri ötüb

Bakı. Trend:

Qəzzada İsraillə HƏMAS arasında gedən silahlı münaqişədə həlakolan anklav sakinlərinin sayı 61,709 nəfərə çatıb.

Trend xəbər verirki, bu barədə “Al-Jazeera” telekanalı Qəzza Hökumət İnformasiyaİdarəsinə istinadən məlumat yayıb.

İtkin düşən və indiyə kimi aşkarlanmamış insanların da artıqölülərin siyahısına daxil edildiyi bildirilir.

Qurumun rəsmisi keçirilən mətbuat konfransında həlak olanfələstinlilərin 76 faizinin meyitinin artıq aşkarlanaraq müvafiqtibb mərkəzlərinə təhvil verildiyini bildirib. Bununla belə 14,222nəfərin nəşinin hələ də dağıntılar altında qaldığı gümanedilir.

Qəzzanın Əl-Şifa Xəstəxanasının rəsmisi Salama Marufjurnalistlərə bildirib ki, qurbanlardan 17,881 nəfəri yetkinlikyaşına çatmamış uşaqlar, 214 yeni doğulmuş körpələrdir.

Məqalədə:
Seçilən
6
2
az.trend.az

3Mənbələr