AZ

Bakıda yerli istehsalçılar yarmarkası keçiriləcək

Bu ilin fevralın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Bakıda yerli istehsalçılar yarmarkası keçiriləcək.

AZPROMO-dan verilən məlumata görə, tədbir Bakı sakinlərinə və şəhərimizin qonaqlarına yerli ustaların istedadını və kreativliyini tanıtmaq üçün vahid platforma təqdim edəcək. Yarmarka unikal yerli geyim və aksesuarların, eləcə də parfümeriya, şərab və şokolad kimi qida məhsullarının nümayişi üçün geniş imkan yaradacaq. Ziyarətçilər eksklüziv məhsullar almaqla yanaşı, dizaynerlərlə ünsiyyət qurmaq, onların ilham mənbələri və hər bir əşyanın yaradılma hekayəsi haqqında məlumat əldə etmək imkanı qazanacaqlar.

Seçilən
10
7
vergiler.az

8Mənbələr