AZ

Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb

Ermənistanın İranla sərhədindəki Rusiya bayraqları yığışdırılıb.

Missiya.Az xəbər verir ki, bu barədə erməni jurnalist Tatul Akopyan özünün “Facebook” sosial media hesabında məlumat yayıb.

“Axırıncı dəfə burada təxminən ay yarım əvvəl olmuşdum və rus üçrənglilərini görmüşdüm. Anladığım qədəri ilə Ermənistan-İran sərhəd dirəklərindən Rusiya bayraqları yığışdırılıb və yalnız erməni bayraqları qalıb”. 

Xatırladaq ki, yanvarın 24-də Ermənistan xarici işlər nazirinin müavini deyib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətini dayandıra bilərlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr