AZ

Aİ Kiyevə 134 milyard xərcləyib: Yardım artırılır

Avropa İttifaqının(Aİ) baş diplomatı Kaya Kallas diqqət çəkən açıqlamalar verib. Xarici KİV-in yaydığı məlumata görə, o, bildirib ki, Aİ 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro yardım ayırıb. 

“Biz artıq 134 milyard avro, o cümlədən təxminən 50 milyard avro hərbi yardım göstərmişik. Biz yardımın kəsilməsindən danışa bilmərik. Əksinə, onu artırmalıyıq", -Kallas Aİ səfirlərinin Brüsseldə keçirilən illik konfransında deyib.

Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
7
news365.az

1Mənbələr