![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/3/1/7b50fd2f-62a2-4e54-ac7d-690e6bde6d43/mona-liza-yeni.jpg)
Luvr Leonardo da Vinçinin “Mona Liza” tablosu olan bölməyə giriş üçün ayrıca bilet satmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Muzeyin prezidenti Lorans de Karın dediyinə görə, Luvr daimi kolleksiyaları və sərgiləri görmək üçün ayrı, da Vinçinin şah əsərini görmək üçün isə ayrı bilet satacaq.
“Biz bununla “Mona Liza”nın müstəsna statusunu vurğulamaq istəyirik”, - de Kar bildirib.