Amerikalı milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb.
Bu barədə Mask öz "X" hesabında çoxsaylı paylaşımlar edib. O, bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.
Qeyd edək ki, daha öncə USAİD-in beynəlxalq medialara pul verdiyi, onları istədiyi kimi yönəltdiyi də üzə çıxıb.
Bu təşkilat Azərbaycanda da pozucu fəaliyyətlə məşğul olmağa cəhd edib. Azərbaycanda təşkilatın fəaliyyəti məhdudlaşdırılıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, Tramp administrasiyası USAİD-i qadağan edə bilər.
Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Operativ Media-ya bildirib ki, USAID Bayden-Blinken administrasiyası dönəmində Ermənistana yardımları iki dəfə artırıb:
"ABŞ-nin yeni Dövlət katibi Mark Rubionun öz "X" sosial şəbəkə hesabındakı aşağıdakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağı müjdəsini verir: