AZ

Tramp-Putin görüşü Səudiyyə Ərəbistanı və ya BƏƏ-də ola bilər - "Reuters"

Rusiya Səudiyyə Ərəbistanı və BƏƏ-ni Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın sammiti üçün mümkün yerlər kimi nəzərdən keçirir. Bu barədə “Reuters” Rusiyadan iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, son həftələrdə Rusiyanın yüksək rütbəli rəsmiləri Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlər edib. Eyni zamanda, mənbələrdən biri bildirib ki, Moskva hələ də bu məkanlarda görüşün keçirilməsi ideyasını dəstəkləmir, çünki hər iki ölkənin təhlükəsizlik sahəsində ABŞ ilə sıx əlaqələri var.

Fevralın 2-də ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələri ilə görüşlər və təmaslar elan edib. “Bizim müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz və danışıqlarımız planlaşdırılır”, - Amerika lideri Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında çıxış edərkən deyib. Onun sözlərinə görə, planlaşdırılan görüşlərin müzakirəsi “olduqca uğurla” gedir.

Rusiya rəsmiləri Vladimir Putin və Donald Tramp arasında danışıqlara hazırlıqla bağlı ABŞ-ın yeni administrasiyası ilə birbaşa təmasların olduğunu təsdiqləməyib. Bir həftə əvvəl, yanvarın 27-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika tərəfi ilə təmasların hələ başlamadığını bildirmişdi.

Seçilən
35
50
ikisahil.az

10Mənbələr