AZ

?SoftBank? və ?OpenAI? birgə müəssisə yaradırlar

Yaponiyanın “SoftBank Group” şirkəti və “ChatGPT” çat-botunun yaradıcısı ?OpenAI? Yaponiyada süni intellekt xidmətlərinin hazırlanması və yerli şirkətlərə satışı üzrə birgə müəssisə yaratdıqlarını elan ediblər.

?SB OpenAI Japan? adlanan birgə müəssisə ?OpenAI? və ?SoftBank Corp.?a məxsus olacaq. ?OpenAI? birgə müəssisəyə süni intellekt tədqiqatı, texnologiyası və inkişafı sahəsində dəstək verəcək, ?SoftBank Corp.? isə texnoloji həllərin satışı və miqyasının artırılması ilə məşğul olacaq.

Bundan əlavə, ?SoftBank Group? şirkətlər qrupu ?OpenAI? həllərindən istifadə etmək üçün hər il 3 milyard dollar xərcləyəcək. Keçən həftə media ?SoftBank Group?un ?OpenAI?a 15-25 milyard dollar sərmayə qoymaq üçün danışıqlar apardığını bildirib.

Şirkətlər ?Oracle Corp.? və BƏƏ hökumət investisiya şirkəti ?MGX? ilə birgə böyük süni intellekt infrastrukturu layihəsini yaradacaqlar. Bu ayın əvvəlində dörd şirkət ABŞ-də ?OpenAI? üçün məlumat mərkəzləri qurmaq üçün növbəti dörd il ərzində 500 milyard dollar sərmayə qoymağı planlaşdıran ?Stargate? müəssisəni elan ediblər.

Seçilən
33
banker.az

1Mənbələr