AZ

Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Xəzər rayonu ərazisində yerləşən 3 evdən ümumilikdə 5500 manatdəyərində avtomobil ehtiyat hissələri, naqil və təmir alətlərioğurlanması barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəlibilinən 42 yaşlı X.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Eyni zamanda Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindənisə rayon ərazisində yerləşən evlərin birindən 200 manatı açıqtalama yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlıM.Məhərrəmov, 26 yaşlı A.Tağıyeva, 24 yaşlı N.Səmədova, 28 yaşlıM.Məmmədov və İ.Qurbanovun müəyyən olunaraq saxlanılması təminedilib.

Araşdırmalar aparılır.

Seçilən
41
3
az.trend.az

4Mənbələr