AZ

"SOCAR Polymer"in ixracı azaldı

2024-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinq göstəriciləri açıqlanıb.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə “SOCAR Polymer” MMC ixracı azalıb.

Belə ki, şirkət 2024-cü ildə 237,6 milyon dollarlıq məhsul ixrac edib. Bu rəqəm 2023-cü ilə nisbətən 19,92 faiz, yəni, 59,1 milyon dollar azalıb.

Qeyd edək ki, “SOCAR Polymer” MMC polipropilen (PP) və polietilen istehsal edir və əsas ixrac prioriteti Türkiyə bazarıdır.


Müəllif: İlahə Səlimova
Seçilən
16
teleqraf.com

1Mənbələr