İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu haqqında ərinin korrupsiya işində əsas şahidə təzyiq etdiyi iddiası ilə cinayət işi açılıb.
Editor.az xəbər verir ki, bu barədə İsrail Baş Prokurorluğu televiziya proqramında irəli sürülən iddialar əsasında istintaqın açıldığını açıqlayıb.
İstintaq Kanal 12 televiziyasında irəli sürülən iddiaları araşdırmaq üçün israilli deputat Naama Laziminin tələbi ilə açılıb. 2024-cü ilin dekabrında İsrailin Baş Prokuroru Qali Baharav-Miara Sara Netanyahunun ərinin korrupsiya işində əsas şahidə təzyiq göstərməsi və ədalət mühakiməsinə mane olmağa çalışması ilə bağlı iddialarının araşdırılmasını istəyib.
//Gülnarə Abasova, Editor.az