AZ

Rusiya və Ukraynadakı qrant layihələri dayandırılır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Donald Tramp administrasiyası USAID (Beynəlxalq İnkişaf Agentliyi) təşkilatını tamamilə bağlamağı planlaşdırır. ABŞ hökumətinin Effektivlik Departamentinin rəhbəri İlon Mask bildirib ki, bu qərarla Ukrayna və Rusiyadakı xarici agentlər də daxil olmaqla, bir çox təşkilat qrantlardan məhrum ediləcək.

Trampın sözlərinə görə, USAID "radikal dəli insanlar" tərəfindən idarə olunur və onun administrasiyası bu qurumdan qurtulmağa qərar verib. Müvəqqəti olaraq agentliyin bütün maliyyələşdirməsi dayandırılıb. Maskın sözlərinə görə, USAID "CIA agentləri ilə dolu idi" və təşkilat ABŞ-nin xarici siyasətinin əsas alətlərindən biri kimi istifadə edilirdi.

Agentlik yalnız Ukraynada 100-dən çox layihəni maliyyələşdirib və ümumi büdcəsi 50 milyard dollar təşkil edib. USAID-in fəaliyyətinin dayandırılması bir çox təşkilat üçün qeyri-müəyyənlik yaradıb. Lakin bəzi mütəxəssislər təşkilatın tam bağlanmayacağını, əksinə Dövlət Departamentinə tabe edilərək yenidən qurulacağını düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr