AZ

Belçikanın yeni baş naziri o seçildi

Belçikada təxminən 8 ay davam edən danışıqlardan sonra hökumət qurulub və Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Vever ölkənin yeni baş naziri seçilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 9 iyunda keçirilən seçkilərdə yeganə partiya olaraq təmsil olunan Flaman millətçisi N-VA-nın lideri De Vever 237 günlük koalisiya danışıqlarından sonra əldə edilən konsensus nəticəsində yeni baş nazir olub.

De Vever bu gün paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqı (Aİ) sammitində də ölkəsini təmsil edəcək.
 
Koalisiyanın digər tərəfdaşları liberal Frankofoniya partiyası \"MR\", mərkəzçi Frankofoniya \"Les Engages\", sosialist Flamand \"Vooruit\" və xristian demokrat \"CD&V\" olub.

De Vever hökuməti qurulmazdan əvvəl ölkənin büdcə kəsiri səbəbiylə həyata keçirəcəyini açıqladığı qənaət siyasətlərinə görə dəfələrlə etirazlara məruz qalıb.
 
Mikayıl
Seçilən
18
3
azxeber.com

4Mənbələr