AZ

Ermənistanın İranla sərhəddində Rusiya bayrağları götürülüb

Rusiya hərbçilərinin xidmət etdiyi Ermənistanın İranla sərhədində Rusiya Federasiyasının bayraqları götürülüb.

Busaat.az xəbər verir ki, bu barədə erməni jurnalist Akopyan yazır:

“Axırıncı dəfə burada təxminən ay yarım əvvəl olmuşdum və rus üçrənglilərini görmüşdüm.

Başa düşdüyüm qədər, Ermənistan-İran sərhəd dirəklərindən Rusiya bayraqları yığışdırılıb və yalnız erməni bayraqları qalıb”, – o, Facebook səhifəsində yazıb.

Yanvarın 24-də Ermənistan XİN rəhbərinin müavini bildirib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətini dayandıra bilərlər.

Seçilən
3
busaat.az

1Mənbələr