AZ

Süni intellektin tədris və elmi fəaliyyətdə tətbiqinə dair növbəti təlim (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) KeyfiyyətTəminatı və Monitorinq Mərkəzi ilə Mühəndis sistemlərinin vəqurğularının tikintisi kafedrasının birgə təşkilatçılığınəticəsində “Süni intellektin tədris və elmi fəaliyyət prosesindəsəmərəli istifadə olunması yolları” mövzusunda növbəti təlimkeçirilib.

Təlimin əsas məqsədi süni intellekt texnologiyalarının tədrisprosesinə inteqrasiyası, elmi araşdırmalarda istifadəsi vəmühəndislik sahəsindəki rolu barədə akademik heyəti və gənctədqiqatçıları məlumatlandırmaq olub.

Təlimçilər İqtisadi nəzəriyyə və marketinq kafedrasının başmüəllimi Kənan Həsənov, Layihələrin idarə edilməsi kafedrasınınmüdir müavini, İnnovativ biznes inkubator bölməsinin rəhbəri RasimAbdullayev, Mühəndis sistemlərinin və qurğularının tikintisikafedrasının baş müəllimi Cəmil Quliyev, eləcə də kafedranındoktorantı Rəşad Qasımov çıxış edərək öz nəzəri və praktiktəcrübələrini iştirakçılarla bölüşüblər.

Təlim müddətində iştirakçılar süni intellektin müxtəlifistiqamətlərdə tətbiq imkanlarını araşdıraraq onun tədris və elmifəaliyyətə təsiri, qiymətləndirmə proseslərində rolu vəavtomatlaşdırılmış sistemlərin istifadəsi mövzusunda müzakirələraparıblar. Eyni zamanda süni intellekt texnologiyalarının elmiaraşdırmaların keyfiyyətinin artırılmasına töhfələrindən bəhsediblər.

İnteraktiv formada keçirilən təlim zamanı iştirakçılarınfikirləri dinlənilib, süni intellektin tədris və elmi fəaliyyətdəsəmərəli istifadəsi ilə bağlı onları maraqlandıran suallarcavablandırılıb.

Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr