AZ

"Brayton" yeni hücumçu alıb

Almaniya "Nürnberq"inin hücumçusu Stefanos Tzimas karyerasını İngiltərədə davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 19 yaşlı futbolçu "Brayton"a transfer olunub.

İngiltərə klubunun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Transferin məbləği 25 milyon avro təşkil edib.

Tzimas ikinci Bundesliqanın cari mövsümündə 17 oyun keçirib. Hücumçu 10 qol vurub.

Seçilən
19
operativmm.az

1Mənbələr