AZ

Qırğızıstan Rusiyanın ittihamlarına CAVAB VERDİ

Qırğızıstan Mişustinin Rusiya şirkətlərinə təzyiqlərlə bağlı bəyanatına cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın AKI Press xəbər agentliyi məlumat yayıb.

Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbəri Şıkmamatov Rusiyanın baş naziri Mişustinin Qırğızıstanda rusiyalı sahibkarlara təzyiqlər barədə bəyanatına münasibət bildirib. O qeyd edib ki, dövlət orqanlarının ali rəhbərliyi əsassız iddialarla çıxış edir.

“İqtisadi məsələlərə siyasi rəng verilirlər. Ola bilsin ki, bu, Mixail Mişustinin obyektiv məlumatının olmaması ilə bağlıdır. Ölkə rəhbərliyi isə əksinə, korrupsiya sxemlərinin aradan qaldırılması, bütün sahələrdə şəffaflığın təmin edilməsi istiqamətində genişmiqyaslı islahatlar aparır və ciddi tədbirlər həyata keçirir. Bu, fundamental məsələdir və belə tələblər bütün dövlət qurumlarının üzərinə qoyulur”, – Şıkmamatov bildirib.

“Qırğızıstanda şirkətlərin və vergi ödəyicilərinin mənşəyinə görə bölgüsü yoxdur – istər Qırğızıstan şirkətləri, istər böyük dövlətlərin müəssisələri, istərsə də kiçik dövlətlər arasında”, – o əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr