Macarıstanın baş naziri Viktor Orban Moskva və Kiyev arasındakı münaqişənin həlli üçün danışıqlara çağırıb və xəbərdarlıq edib ki, onlar olmadan Ukrayna Aİ-nin Əfqanıstanı olmaq riski ilə üzləşə bilər.
Qaziler.az bildirir ki, macar nazirin sözlərini “Neue Zürcher Zeitung” nəşri sitat gətirib.
O, 2022-ci ilin fevralında Qərbin Ukraynaya yardımda fəal iştirak etməsini böyük səhv hesab edib. Onun sözlərinə görə, Kiyevin qələbəsi mümkün olmadığından dərhal münaqişəni təcrid etmək və danışıqlara başlamaq lazım idi. Macarıstanın baş naziri hesab edir ki, bu gün respublikaya kömək etməyin yeganə yolu sülhə nail olmaqdır.
“Ancaq indi bizə diplomatiya lazımdır. Avropalılar danışıqlar aparmağın düzgün olmadığı qənaətindədirlər. Bu absurddur! Bu sizin müharibdə etməli olduğunuz şeydir! Əks halda, Ukrayna dağıdılmaqda davam edəcək və Avropa Birliyinin Əfqanıstanına çevriləcək”, - Orban bildirib.
QAZİLER.AZ