AZ

Vətən müharibəsi həlledici sınaqlardan biri oldu- ÖZƏL

"Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olmuşdur. Şanlı ordumuzun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclər adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmuşdur. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərərək ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynamışdır".
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr