Bakı, 3 fevral, AZƏRTAC
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup oyunları çərçivəsində fevralın 6-da səfərdə Belçika, 3 gün sonra isə evdə Polşa ilə keçirəcəyi son görüşlər üçün heyəti müəyyənləşib.
Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iştirak ərizəsində 12 basketbolçu - Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova yer alıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2025-ci ilin iyununda təşkil olunacaq.