"Barselona"nın vingeri Lamin Yamal bir oyunda 21 cəhddə 11 uğurlu driblinq edərək tarixi uğura imza atıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, gənc futbolçunun bu nəticəsi La Liqanın XXII turunda "Alaves"ə qarşı keçirdikləri oyunda (1:0) qeydə alınıb.
17 yaşlı cinah hücumçusu La Liqada "Barselona"nın oyunçuları arasında bu göstərici üzrə rekordçuya çevrilib. O, Lionel Messini geridə qoyub. Argentinalı superulduz 2007-ci ildə, "Mayorka" ilə oyunda (1:0) 20 cəhddə 10 uğurlu driblinqlə yadda qalıb.
Qeyd edək ki, Yamal cari mövsüm "Barselona"nın forması ilə 29 matça çıxaraq 10 qol və 15 məhsuldar ötürmə müəllifi olub.