Dünyada 14 milyon yəhudi, 1.4 milyard isə müsəlman yaşayır. Yəni bu dünyada 100 müsəlmana 1 yəhudi düşür. Reallıq belədir ki, bu dünyada 100 müsəlmanın yox, 1 yəhudinin sözü keçir. Niyə belədir?
Çünki İslam Dünyası elm və mədəniyyət baxımından ciddi şəkildə geridə qalıb. Bəlkə müsəlmanların elm və mədəniyyətə yiyələnmək qabiliyyəti yoxdur. Hətta İslam dinini cəhalət və xurafat dini kimi gözdən salmağa çalışanlar da var. Bəs tarix nə deyir? Tarix deyir ki, VIII-XIII əsrlər arasında İslam qızıl dövrünü (The Islamic Golden Age) yaşayıb və dünya elminə nəhəng alimlər bəxş edib. Bütün dünya, o cümlədən Qərb alimləri də onlardan çox şey öyrənib. Deməli, İslam dini elmə qarşı deyil. Tam əksinə, 500 il ərzində ağlasığmaz elmi nəticələrə imza atıb. İndi Islam Dünyası nədən elm aləmində belə rəzil gündədir? Bu suala fərqli cavablar var. Ancaq birmənalı olan odur ki, bu, qətiyyən belə olmamalıdır. İslam Dünyası bütün gücü ilə elmə, kitaba, mədəniyyətə sarılmalıdır. Yoxsa bundan sonra da Qərbin beyin mərkəzlərinin arxasınca sürünməli olacağıq...
P.S Təqdim etdiyim XIII əsrə aid ərəb əlyazmasıında Sokrat öz şagirdləri ilə nəyisə müzakirə edərkən təsvir edilib...
Elbəyi Həsənli
visiontv.az