Suriya lideri Əhməd Şara Türkiyəyə gəlir. Şara sabah Ankarada prezident Ərdoğanla görüşəcək. Görüşdə Suriyanın yenidən qurulması müzakirə olunacaq.
Sherg.az xəbər verir ki, Kommunikasiya direktoru Fahrettin Altun X sosial media platformasında verdiyi açıqlamada Ərdoğan və Şaraa Suriyadakı son hadisələri, həmçinin ölkə iqtisadiyyatının yenidən qurulması, davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün mümkün birgə tədbirləri müzakirə edəcəklərini açıqlayıb.
Altun əlavə edib ki, ikili Türkiyənin Suriyanın keçid hökumətinə və xalqına çoxtərəfli platformalarda göstərə biləcəyi dəstəyi də müzakirə edəcək.
Prezident Şaraa ötən ay Bəşər Əsədin devrilməsindən sonra ilk xarici səfərində dünən Səudiyyə Ərəbistanına səfər edib.
Şəra vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdükdən sonra Ər-Riyadı tərk edib.