Hurriyyet.az xəbər verir ki, Ukraynanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən, ermənilərdən ibarət "ArBat" dəstəsinin qurucusu, qondarma "Donetsk Xalq Respublikası"nın Boks Federasiyasının qondarma "prezidenti" Armen Sarkisyan fevralın 3-də reanimasiyada ölüb.
Sarkisyan bu gün səhər saatlarında Moskvada, "Alıe parusa" yaşayış kompleksində, əldəqayırma qurğunun partlaması nəticəsində yaralanaraq komaya düşmüşdü. Həkimlər tərəfindən ayağı kəsilən Sarkisyan komadan ayılmadan ölüb.
Hürr Tərcüman