AZ

"Putin həmişə sözünü tutur" - Orban

Macarıstanın baş naziri Viktor Orban Rusiya lideri Vladimir Putinlə kifayət qədər razılaşmalar əldə etdiyini və həmişə sözünün üstündə durduğunu bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini "Neue Zürcher Zeitung" nəşri sitat gətirib. 

Putinə güvənib-güvənmədiyi sualına Orban deyib ki, Budapeşt Rusiyaya etibar edə bilər.

Onun sözlərinə görə, Moskva ilə yaxşı münasibətlər və sıx iqtisadi əməkdaşlıq Macarıstanın geosiyasi maraqlarına cavab verir:

"Biz çoxlu müqavilələr bağlamışıq. Putin həmişə verdiyi sözə əməl edib. Son on beş ilin təcrübəsi göstərir ki, Macarıstan Rusiyaya etibar edə bilər", - Orban deyib.

Gülayə Mecid 

Seçilən
4
unikal.az

1Mənbələr