Bazar günü Amerikanın bir sıra şəhərlərində qeyri-qanuni miqrantların kütləvi deportasiyasına qarşı etirazlar keçirilib.
Herbiand.az xarici media resurslarına istinadən xəbər verir ki, ən böyük etiraz dalğası Los-Ancelesdə olub.
Minlərlə insan ölkənin yeni immiqrasiya siyasətinə əsasən ABŞ-dan deportasiya oluna biləcək qeyri-qanuni mühacirləri dəstəklədiklərini bildiriblər.
Aksiyalkarda etirazçılar Meksika bayraqlarını qaldırıblar.